22 fevral 2025. Şənbə

"Dorqanı saxlamağa çalışdıq, lakin o ..."


"Dorqanı saxlamağa çalışdıq, lakin o ..."

"Leççe"nin prezidenti Stiççii Damiani müdafiəçi Patrik Dorqunun "Mançester Yunayted"ə getməsi ilə bağlı danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano funksionerin dediklərini belə çatdırıb.

"Biz Patrik Dorqanı saxlamağa və "Mançester Yunayted"lə yay transferi üçün danışıqlar aparmağa çalışdıq, lakin onlar onu indi istəyirdilər. Başqa çarə yox idi, Dorqu onların və Amorimin əsas hədəfi idi. Patrik də getmək istədi və biz bu tarixi satışı həyata keçirmək məcburiyyətində qaldıq”

Xatırladaq ki, fevralın əvvəlində 20 yaşlı danimarkalı Leççedən “Mançester Yunayted”ə keçmişdi. Transfer 30 milyon avro təşkil edib. “Qırmızı şeytanlar” növbəti matçını fevralın 7-də keçirəcək. Bu gün Ruben Amorimin yetirmələri İngiltərə Kubokunun 1/16 final mərhələsində "Lester"i qəbul edəcək.







Fransa L.1

PSJ və "Lion"dan qələbə
  • Fransa L.1
  • 23:18 16.02.2025
PSJ və "Lion"dan qələbə
 "Marsel" və "Monako"dan darmadağın
  • Fransa L.1
  • 23:54 15.02.2025
"Marsel" və "Monako"dan darmadağın
"Monako" əsas futbolçusunu itirdi
  • Fransa L.1
  • 22:18 14.02.2025
"Monako" əsas futbolçusunu itirdi
"Lion"dan evdə darmadağın
  • Fransa L.1
  • 20:29 09.02.2025
"Lion"dan evdə darmadağın