18 mart 2025. Çərşənbə axşamı

"Dembele ilə birlikdə dünya çempionu ola bilərik"


"Dembele ilə birlikdə dünya çempionu ola bilərik"

"Real"ın və Fransa yığmasının hücumçusu Kilian Mbappe PSJ-nin vingeri Usman Dembelenin cari mövsümdəki çıxışı barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri futbolçunun dediklərini belə çatdırıb. 

"Dembele ilə hər şey sadədir, biz hər gün əlaqə saxlayırıq. Onun bunu etdiyini görmək şəxsən mənə toxunur, çünki onun nə qədər tənqid edildiyini və nə qədər incidildiyini bilirəm. 14 yaşından bəri onun ən böyük fanatı olmuşam. Həmişə, hətta qol vurmayanda da deyirdim ki, o, dünyanın ən yaxşı oyunçularından biridir. Bəziləri elə bildi ki, yaxın olduğumuz üçün deyirəm. Amma mən meydanda dostluqla reallıq arasındakı fərqi bilirəm.

O, 27 yaşında yetkinlik yaşına çatdı ki, bu, futbol üçün tamamilə normaldır. Daha çevik olan oyunçular var, buna görə də bəziləri onun gecikdiyini düşünə bilər. Amma yox, Ousmane Dembele heç vaxt gecikməyib, bu, futbolçunun normal təkamülüdür və 27 yaşında potensialını tam açır. Və onu hələ çox illər gözləyir. Onun üçün çox şadam və ümid edirəm ki, o, eyni ruhda davam edəcək. O, əldə etdiklərinə tam layiqdir, bunun üçün çox çalışdı və ümid edirəm ki, 2026-cı ilə qədər Fransa millisi ilə eyni tempdə irəliləyəcək ki, biz dünya çempionu ola bilək (gülür)."

Qeyd edək ki, Dembele Paris klubunun heyətində 37 matçda 30 qol vurub, 6 məhsuldar ötürmə edib.







Fransa L.1

"Lion"dan qələbə
  • Fransa L.1
  • 23:41 16.03.2025
"Lion"dan qələbə
Qolovin məşqlərə başladı
  • Fransa L.1
  • 21:53 13.03.2025
Qolovin məşqlərə başladı
PSJ "Lill"i məğlub etdi
  • Fransa L.1
  • 20:33 02.03.2025
PSJ "Lill"i məğlub etdi
 "Lill"  "Monako"nu məğlub etdi
  • Fransa L.1
  • 22:01 22.02.2025
"Lill" "Monako"nu məğlub etdi