10 aprel 2025. Cümə axşamı

Luis Enrike klublararası dünya çempionatının yeni formatı haqda danışıb


Luis Enrike klublararası dünya çempionatının yeni formatı haqda danışıb

PSJ klubunun baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 28-ci turunun "Anje" ilə oyunu öncəsi FIFA Klublararası Dünya Çempionatının yeni formatı haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Bu, azarkeşlər üçün maraqlı olacaq maraqlı formatdır. Düşünürəm ki, bu turnir dünyanın ən yaxşı komandasını müəyyən edəcək. Amma biz hələ Klublararası Dünya Çempionatından danışmırıq, çünki bütün enerjimiz sabahkı oyuna yönəlib. Biz Fransanı təmsil edəcəyik ki, bu da əlavə motivasiya mənbəyi olacaq və eyni zamanda bütün dünya üçün etalon təyin edəcək".

Görüş aprelin 5-də baş tutacaq və qalib gəlsələr, parislilər vaxtından əvvəl çempion olacaqlar.İyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək turnirdə müxtəlif futbol konfederasiyalarından 32 klub iştirak edəcək. Onlar hər birində dörd komanda olmaqla səkkiz qrupa bölünəcəklər.







Fransa L.1