16 mart 2026. Bazar ertəsi

"Monpelye" yeni baş məşqçisini açıqlayıb


"Monpelye" yeni baş məşqçisini açıqlayıb

Fransanın "Monpelye" klubunun rəhbərliyi komandanın yeni çalışdırıcısının adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu, Zumana Kamaradı.

46 yaşlı mütəxəssis keçmişdə "Sent-Etyen" və  PSJ-də keçirdiyi matçlarla tanınıb. Oyunçu karyerasını başa vurduqdan sonra parislilərin məşqçilər korpusuna daxil olan Kamara burada köməkçi, daha sonra U19 komandasının məşqçisi kimi fəaliyyət göstərib. Keçən iyulda gənclər çempionluğunu qazandıqdan qısa müddət sonra PSJ-ni tərk edib.

Qeyd edək ki, klubun bundan əvvəlki baş məşqçisi Jan-Lui Qasset olub. O, ardıcıl doqquzuncu məğlubiyyətindən sonra istefaya göndərilib. 28 turdan sonra "Monpelye" 15 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi