- Fransa L.1
- 21:05 13.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Lion"un baş məşqçisi Paulo Fonseka Fransa çempionatı haqda danışıb.
90deqiqe.Az-ın "The Guardian"a istinadən verdiyi xəbərə görə, portuqaliyalı çalışdırıcı PSJ ilə digər komandalar arasındakı fərqə diqqət çəkib.
"Biz bilirik ki, PSJ ilə bütün digər komandalar arasında böyük uçurum var, çünki investisiyalar çox fərqlidir. Amma mən Liqa 1-i bəyənirəm. Bu mövsüm Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan yeddi komandamız var. Bu həddən artıq boşluq yarada bilməzsiniz. Ola bilsin ki, bu, başqa ölkələrdə və Çempionlar Liqasında təkrarlanacaq. Rəqabət istəyiriksə, varlı klubları və kasıb klubları kasıb edə bilmərik".
"Lion" hazırda Liqa 1-də 5-ci yerdədir.