- Fransa L.1
- 23:54 12.05.2025
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının 29-cu turunun "Nant"la oyunu öncəsi klubda geniş heyətin olmasının vacibliyini qeyd edib.
90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
"Məqsədlərimizə çatmaq üçün bizə ən azı 16, 18, hətta 20 oyunçu lazımdır. Onların hamısının komanda üçün vacib olduğuna əmin olmağa çalışırıq. Çətindir, amma düşünürəm ki, bu, özümü mümkün olan ən yaxşı şəkildə ifadə etməyin yoludur. Bu mənada, ixtiyarımda olan heyətdən çox razıyam."
Qeyd edək ki, görüş aprelin 22-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.PSJ Fransa çempionatının turnir cədvəlində birinci yerdədir. Komanda 29 oyunda 77 xal toplayıb. Nant (30) 14-cü yerdədir.