15 iyun 2025. Bazar günü

“Premyer Liqanın ən yaxşı olub-olmadığı mübahisəlidir”


“Premyer Liqanın ən yaxşı olub-olmadığı mübahisəlidir”

PSJ-nin baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasının səviyyəsi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" ispan çalışdırıcının dediklərini belə çatdırıb. 

"Hamı Premyer Liqanı dünyanın ən yaxşı liqası kimi təqdim edir. Bilmirəm, bu fikirlə razıyam ya yox. Əslində fərqi yoxdur – 'bəli' desəm də, 'yox' desəm də, məni tənqid edəcəklər"

Qeyd edək ki, çərşənbə axşamı Parislilər Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Arsenal" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mayın 7-də PSJ və "Arsenal" arasında cavab oyunu keçiriləcək.Düelin qalibi finalda "Barselona" və ya "İnter"lə qarşılaşacaq.

 







Fransa L.1

Donnarumma PSJ-də qalmaq istəyir
  • Fransa L.1
  • 22:50 04.06.2025
Donnarumma PSJ-də qalmaq istəyir