- Fransa L.1
- 15:14 14.12.2025
Bu gün Fransanın PSJ klubu keçmiş hücumçusu Kilian Mbappenin məhkəmə yolu ilə tələb etdiyi 55 milyon avroluq vəsaitin həbsinin ləğv olunmasını istəyib.
90deqiqe.Az -ın məlumatına görə, bu barədə “RMC Sport” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Mbappe 2025-ci ilin aprelində ödənilməmiş maaş və bonuslar əvəzinə PSJ-dən 55 milyon avro tələb edərək məhkəmə qərarı ilə bu məbləğin həbsini təmin edib.
Parislilər məhkəmədə bildiriblər ki, Mbappe onlara deyil, əksinə, özü kluba borcludur. Klubun vəkilləri qeyd edib ki, keçmiş futbolçu iddiasını sübut edəcək kifayət qədər əsas təqdim etməyib. PSJ-nin iddiasına görə, tərəflər 2023-cü ilin yayında şifahi razılığa gəlib və bu razılaşmaya əsasən, Mbappe təzminat almadan klubdan ayrılıb. Razılaşma şərtlərinə görə, müqavilə müddətinin sonuna qədər nəzərdə tutulan bəzi ödənişlərdən imtina olunub.
PSJ həmçinin 98 milyon avro məbləğində əks iddia qaldırıb. Klubun hüquqşünasları bildiriblər ki, məqsəd bu məbləği geri almaq deyil, Mbappenin kluba qarşı irəli sürdüyü tələbin əsassız olduğunu sübut etməkdir:
“Kilian Mbappe PSJ-yə maddi ziyan vuran bu prosesə görə borcludur,” – deyə klubun vəkilləri bəyan ediblər.