16 iyul 2025. Çərşənbə

Conatan David "Lill"dən ayrılır


Conatan David "Lill"dən ayrılır

"Lill"in hücumçusu Conatan David mövsümün sonunda Fransa klubundan ayrılacağını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, kanadalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.

25 yaşlı forvardın yay transfer dönəmində azad agent kimi aparıcı klublardan birinə keçəcəyi gözlənilir. Buna səbəb onun "Lill"lə olan müqaviləsinin mövsümün sonunda başa çatmasıdır.

Mətbuatda uzun müddətdir Davidin adı bir çox klublarla hallanır. Son məlumatlara əsasən, xüsusilə İtaliyanın "İnter" və "Napoli" klubları kanadalı hücumçu ilə yaxından maraqlanır.

Conatan David 2020-ci ilin yayından “Lill”də çıxış edir. O vaxtdan bəri hücumçu 231 rəsmi oyun keçirib, 109 qol vurub və komanda yoldaşlarına 30 məhsuldar ötürmə edib.







Fransa L.1

"Lion"un apellyasiyası qəbul edildi
  • Fransa L.1
  • 17:55 09.07.2025
"Lion"un apellyasiyası qəbul edildi