- Fransa L.1
- 19:33 19.06.2025
"Lion"un baş məşqçisi Paulo Fonseka klubun kapitanı Aleksandr Lyakazettlə müqavilənin yenilənməyəcəyini və futbolçunun mövsümün sonunda komandadan ayrılacağını rəsmən təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Lion" üçün etdiyi hər şeyə görə Lyakazettə minnətdarıq. Onun müqaviləsi bu yay başa çatır və klub artıq Aleksandrsız gələcək üçün planlar qurmağa başlayıb”.
33 yaşlı forvard 2010-cu ildə "Lion"un əsas komandasında debüt edib və ötən mövsümlərdə klubda 390 oyun keçirib, 199 qol vurub və 55 məhsuldar ötürmə verib. Doğma klubunda uğurlu çıxışlardan sonra Lakazett 2017-ci ildə “Arsenal”a keçdi və 2022-ci ildə yenidən hücumun əsas oyunçusu olmaq üçün kluba qayıdıb.