- Fransa L.1
- 20:10 17.06.2025
PSJ-nin müdafiəçisi Tiaqo Silva Usman Dembelenin mövsümün sonunda "Qızıl top"u qazanmağa real namizəd olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, "ВeIN Sports" braziliyalı futbolçunun fikirlərini belə çatdırıb:
"Dembele üçün böyük şans var. Əgər Çempionlar Liqasını qazanarsa, bu, onun qalib olmaq ehtimalını xeyli artıracaq. Mövsümün sonu həmişə həlledici olur. Lamin Yamal və Rafinya da inanılmaz mövsüm keçirdilər. Əminəm ki, hər üçü ilk üçlükdə yer alacaq, lakin birincinin kim olacağını demək çətindir"
Usman Dembele 2023-cü ilin yayında PSJ-yə keçib.Fransız futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.Bu mövsüm o, parislilərin vaxtından əvvəl Liqa 1-i qazanmasına və Çempionlar Liqasının finalına yüksəlməsinə kömək edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur.