18 iyun 2025. Çərşənbə

"Nant" Antuan Kombuare ilə yollarını ayırdı


"Nant" Antuan Kombuare ilə yollarını ayırdı

Fransanın "Nant" klubu baş məşqçi Antuan Kombuare ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, klub bu barədə rəsmi saytında açıqlama yayıb.

Bildirilib ki, çətin dövrdən sonra yeni mərhələyə keçidin vacib olduğu qərarına gəlinib:

“Çətin dövrdən sonra klub hesab edir ki, bizə yeni dövrə lazımdır”.

Qeyd edək ki, Kombuare 2024-cü ilin martından etibarən komandaya rəhbərlik edirdi və bu, onun klubdakı ikinci dönəmi idi. O, daha əvvəl 2021–2023-cü illər ərzində də "Nant"ı çalışdırıb.

Komanda Fransa çempionatının mövsümünü turnir cədvəlində 13-cü pillədə başa vurub.







Fransa L.1

Donnarumma PSJ-də qalmaq istəyir
  • Fransa L.1
  • 22:50 04.06.2025
Donnarumma PSJ-də qalmaq istəyir