- Fransa L.1
- 22:55 02.12.2025
PSJ-nin müdafiəçisi Markinyos qarşıdan gələn Klublararası Dünya Çempionatı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu bildirib ki, bu turnir iştirakçılar üçün yeni kəşflərlə dolu bir səyahət olacaq:
“Dünyanın ən yaxşı komandaları bu turnirdə toplanacaq. Komandamızın çıxış etdiyi hər turnirdə biz ən yaxşı olmaq istəyirik. Hər zaman ən yüksək hədəflərimiz var. Bilirik ki, qarşıda hələ çox uzun yol var.”
İyunun 15-də Klublararası Dünya Kuboku start götürəcək. Turnir ABŞ-da keçiriləcək.
Klublararası dünya çempionatı öncəsi Paris komandası Çempionlar Liqasının finalında Milan “İnter”i ilə qarşılaşacaq. Görüş iyunun 1-də Münhendəki stadionda baş tutacaq.