13 may 2026. Çərşənbə

Neymara bu qədər diqqət komandama mane olur - Tuçel


Neymara bu qədər diqqət komandama mane olur - Tuçel

"Neymara bu qədər diqqət komandama mane olur”.

Corner.az AS-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuçel Fransa Liqasında “Tuluza”ya qarşı keçiləcək oyun öncəsi bildirib. “Vəziyyət faciəvidir. Çünki Neymar barədə söhbətlərin çoxluğu komandanın hazırlığına mane olur. Elə bir futbolçu həmişə maraq doğurur. Amma hər mətbuat konfransında biz Neymardan danışırıq. Düzü, bu, klub üçün yaxşı hal deyil” – deyə alman mütəxəssis mətbuat konfransında qeyd edib.

Neymarın “Tuluza” il matçda meydana çıxıb-çıxmayacağı haqda suala isə Tuçel belə cavab verib: “Bunu idman direktorumuz Leonardodan soruşun. Onun matçda iştirak edib-etməyəcəyi tranferi ilə bağlı məsələ yoluna qoyulduqdan sonra bilinəcək”.

Qeyd edək ki, yaxın vaxtlarda Neymarın PSJ-dən ayrılaraq “Barselona” və ya “Real”a keçəcəyi iddia edilir.(qol)







Fransa L.1

Fati “Monako”da qalacaq
  • Fransa L.1
  • 23:07 06.05.2026
Fati “Monako”da qalacaq
“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi