7 noyabr 2026. Şənbə

Donnarumma PSJ-də qalmaq istəyir


Donnarumma PSJ-də qalmaq istəyir

PSJ-nin qapıçısı Canluici Donnarumma gələcəyi ilə bağlı qərarın klubdan asılı olduğunu deyib.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, italiyalı qolkiper Parisdə olmağın ona xoş təsir etdiyini bildirib.

“Parisdə hər şey xoşuma gəlir. Müqavilənin uzadılması qərarı klubdan asılıdır. Fərqli variantlara açığam, lakin əsas prioritetim PSJ-də qalmaqdır. Hazırda balans tapmışam və karyeramın ən yaxşı dövrünü yaşayıram,” – deyə Donnarumma fransız mətbuatına açıqlamasında qeyd edib.

Qeyd edək ki, 26 yaşlı qapıçının PSJ ilə olan müqaviləsi gələn yay başa çatır.Ötən mövsüm Canluici 40 matçda iştirak edib və bu matçlarda 39 qol buraxıb. İtaliyalı Paris nəhəngləri ilə birlikdə Çempionlar Liqası, Fransa çempionu, ölkə kuboku və Superkubokunun qalibi olub.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi