- Fransa L.1
- 19:08 12.07.2025
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının futbolçularını “Qızıl top” mükafatına namizəd gördüyünü açıqlayıb.
90deqiqe.Az-ın "Le Parisien"əistinadən yaydığı məlumata görə, ispan mütəxəssis, fərdi mükafatların vacibliyini ön plana çəkmədiyini, əsas olanın komanda ruhu olduğunu bildirib.
“Vitinyanı “Qızıl top”un favoriti hesab edirsiniz? Əgər sabah bu mükafatı qazansa, onu ehtiyat oyunçular skamyasına göndərərəm (gülümsəyir). Fərdi mükafatlar məni maraqlandırmır. Mənim favoritim Usman Dembelədir, şübhəsiz. Hamı bundan danışır. Bu mükafatı bir çox oyunçumuz qazana bilər – Vitinya, Hakimi, Paço, Markinyos, Fabian Ruys, Nunu Mendeş... Bütün komandam layiqdir!
Komandama, onun simvolizə etdiklərinə və yaydığı enerjiyə inanıram. Bu ruhu gənc oyunçulara ötürmək vacibdir. Birlikdə mübarizə aparmağı bacarmalıyıq. Bu, “Qızıl top”dan daha önəmlidir”