16 mart 2026. Bazar ertəsi

“Lion”un Avropa Liqasında iştirakı apellyasiyanın nəticəsindən asılıdır


“Lion”un Avropa Liqasında iştirakı apellyasiyanın nəticəsindən asılıdır

Fransanın “Lion” klubu növbəti mövsümdə Avropa Liqasında iştirak imkanları barədə açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, bu, Milli Nəzarət və İdarəetmə Direktorluğu (DNCG) tərəfindən maliyyə hesabatındakı pozuntular səbəbindən klubun ikinci liqaya endirilməsinə dair qərarın apellyasiyada ləğv olunması şərtində mümkün olacaq.

Klubdan verilən açıqlamada bildirilib ki, iqtisadi dayanıqlılığın yoxlanılması prosesindən sonra “Lion” UEFA-nın maliyyə nəzarəti orqanı ilə razılığa gəlib. Bu razılıq sayəsində apellyasiya müsbət nəticələnərsə, klub növbəti mövsümdə Avropa Liqasında mübarizə aparacaq.

“Lion” nümayəndələri UEFA-ya bu prosesdə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

 







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi