9 iyul 2025. Çərşənbə

“Parisdə onun üçün yaxşı heç nə olmadı”


“Parisdə onun üçün yaxşı heç nə olmadı”

Lionel Messinin yaxın ətrafından olan şəxs argentinalı futbolçunun PSJ-də keçirdiyi iki il barədə “L’Equipe” nəşrinə danışıb.

90deqiqe.Az xəbər verir ki, həmin şəxs Paris dövrünün Messi üçün heç də uğurlu olmadığını bildirib:

“Parisdə onun üçün bircə yaxşı an belə olmadı. Leo sadəcə gedə bilməzdi. O, Neymarla Mbappe arasında rəqabətin mərkəzinə düşdü. Üstəlik, klub fransız futbolçunu qoruyur, dünya çempionu tituluna baxmayaraq, onu layiqincə qarşılamırdı. Halbuki “Barselona”da o, hər şey idi”.

Qeyd edək ki, Lionel Messi 2021–2023-cü illər aralığında PSJ-nin formasını geyinib. Bu müddət ərzində o, Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla 75 oyuna çıxıb, 32 qol vurub və 35 məhsuldar ötürmə edib.







Fransa L.1

"Barselona"nı "Monako"ya dəyişdi
  • Fransa L.1
  • 18:49 01.07.2025
"Barselona"nı "Monako"ya dəyişdi
PSJ-nin fizioterapevti vəfat edib
  • Fransa L.1
  • 19:42 28.06.2025
PSJ-nin fizioterapevti vəfat edib