16 mart 2026. Bazar ertəsi

PSJ-nin fizioterapevti vəfat edib


PSJ-nin fizioterapevti vəfat edib

Fransanın PSJ klubunun fizioterapevti Sedrik Dupyui 48 yaşında vəfat edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti sosial şəbəkə hesablarında məlumat yayıb.

“PSJ ailəsi olaraq dərin kədərlə bildiririk ki, klubun fizioterapevti Sedrik Dupyui vəfat edib. Daim gülərüzlü, diqqətli və insanpərvər olan Sedrik peşəkarlığı və ‘qızıl əlləri’ ilə tanınırdı. Onu hər kəs çox sevirdi. Bu çətin dönəmdə klub olaraq ailəsinə və yaxınlarına səmimi başsağlığı veririk”, – deyə klubun paylaşımında qeyd olunub.

Qeyd edək ki, Sedrik Dupyui PSJ-nin gənclər komandalarında fizioterapevt kimi çalışıb. Onun ölüm səbəbi açıqlanmayıb.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi