9 iyul 2025. Çərşənbə

"Barselona"nı "Monako"ya dəyişdi


"Barselona"nı "Monako"ya dəyişdi

"Barselona"nın vingeri Ansu Fatinin "Monako"ya keçidi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Fransa klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna qədər “moneqasklar”ın formasını icarə əsasında geyinəcək.Müqaviləyə ispaniyalı oyunçunun satın alınması üçün şərti də daxildir.

Məlumata görə, “Monako” gələcəkdə Fatini 11 milyon avroya transfer edə bilər.

Fati yeni klubunda 31 nömrə altında çıxış edəcək.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib, qol vurmayıb. Daha əvvəl "Barselona" futbolçu ilə əmək müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb. Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur.







Fransa L.1

"Barselona"nı "Monako"ya dəyişdi
  • Fransa L.1
  • 18:49 01.07.2025
"Barselona"nı "Monako"ya dəyişdi
PSJ-nin fizioterapevti vəfat edib
  • Fransa L.1
  • 19:42 28.06.2025
PSJ-nin fizioterapevti vəfat edib