7 noyabr 2026. Şənbə

“Ən yaxşı səviyyəmə qayıtmaq istəyirəm”


“Ən yaxşı səviyyəmə qayıtmaq istəyirəm”

Fransa millisinin və “Monako”nun yarımmüdafiəçisi Pol Poqba yeni klubunda qarşısına qoyduğu məqsədlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə klubun saytına açıqlamasında danışıb.

“Qarşıma məqsədlər qoymağı və onlara doğru getməyi bacarıram. Ən çox darıxdığım şey oyundan zövq almaq idi. Ona görə də əsas məqsədim əvvəlki səviyyəmə qayıtmaqdır. Amma bunu tələsmədən, öz tempimlə etməliyəm”

Futbolçunun monegasklarla müqaviləsi iyunun sonunda açıqlanıb.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Mançester Yunayted” və “Yuventus” kimi klublarda çıxış edib. O, Avropa Liqasının qalibi, dördqat İtaliya çempionu, ikiqat İtaliya kuboku və üç dəfə Superkubok sahibi olub. Fransa yığması ilə 2018-ci il dünya çempionu, UEFA Millətlər Liqasının qalibi və Avropa çempionatının finalçısı olub.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi