- Fransa L.1
- 19:08 12.07.2025
“Monako”nun yarımmüdafiəçisi Poul Poqba KİV-lərin yaratdığı təzyiqə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə klubun saytına açıqlamasında danışıb.
“16 yaşımda ‘Qavr’ klubunu tərk etdiyim andan bəri daim təzyiq altında olmuşam. Bu, futbolda peşəkar səviyyədə olmanın ayrılmaz hissəsidir. Qələbədən sonra təriflər, məğlubiyyətdən sonra isə sərt tənqid – bunların hamısı bu işin bir parçasıdır. Mən heç bir təzyiq hiss etmirəm, çünki əvvəlki mərhələdə yenidən futbol oynamaq imkanım belə şübhə altındaydı. İndi isə əla klubdayam, ən güclü oyunçularla əhatələnmişəm, motivasiyam yüksəkdir və buna görə minnətdaram”
Poqba “Mançester Yunayted” və “Yuventus”da da çıxış edib. O, Avropa Liqasının qalibi, İtaliya çempionatının dördqat, İtaliya Kubokunun ikiqat, həmçinin İtaliya Superkubokunun üçqat sahibi kimi diqqət çəkir. Fransanın milli komandası ilə 2018-ci ildə dünya çempionu olub, həmçinin UEFA Millətlər Liqasının qalibi və Avropa çempionatının gümüş medalçısıdır.