16 mart 2026. Bazar ertəsi

Mbappe PSJ-yə qarşı verdiyi hüquqi şikayəti geri götürüb


 Mbappe PSJ-yə qarşı verdiyi hüquqi şikayəti geri götürüb

Fransa millisinin və Madrid "Real"ının hücumçusu Kilian Mbappe sabiq klubu PSJ-ə qarşı prokurorluğa təqdim etdiyi şikayətini geri çəkib.

90deqiqe.Az-ın “L’Équipe"yə istinadən yaydığı xəbərə görə, futbolçu bu qərarı idman karyerasına tam şəkildə fokuslanmaq məqsədilə verib.

Xatırladaq ki, Mbappe 2025-ci ilin mayında Paris prokurorluğuna müraciət edərək PSJ rəhbərliyini 2023-cü ildə ona qarşı "mənəvi təzyiq" və "haraasment" tətbiq etməkdə ittiham etmişdi. O zaman klubdan ayrılmaq istəyi səbəbindən futbolçu məşqlərdən və oyunlardan kənarlaşdırılmışdı. Yalnız tərəflər arasında aparılan "konstruktiv danışıqlardan" sonra (bu ifadə KİV-lərə aiddir), hücumçu komandanın əsas heyətinə qaytarılmışdı.

Bununla belə, Mbappenin kluba qarşı 55 milyon avro məbləğində ödənilməmiş əməkhaqqı və bonusların tələb olunması ilə bağlı apellyasiya prosesi qüvvədə qalır.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi