- Fransa L.1
- 17:12 13.12.2025
PSJ-nin qapıçısı Canluici Donnarumma, klublararası dünya çempionatının 1/4 final mərhələsində "Bavariya"ya qarşı keçirilən oyunda yaşanan insidentdən sonra Camal Musialaya dəstək mesajı göndərib.
90deqiqe.Az xəbər verir ki, italiyalı qolkiper hadisədən sonra sosial şəbəkə hesabında bunları yazıb:
"Bütün dualarım və xoş arzularım səninlədir, Cəmal Müsiala."
Gənc ulduz bu mesaja cavab verərək Donnarummaya təşəkkürünü bildirib:
"Bütün xoş arzular üçün təşəkkür edirəm. Narahat olma – bu, futbolun bir hissəsidir."
Xatırladaq ki, matç zamanı iki futbolçunun toqquşması nəticəsində Almaniya klubunun yarımmüdafiəçisi ağır zədələnib.
Qeyd edək ki, PSJ həmin qarşılaşmada "Bavariya"nı 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və burada Madrid "Real"ı ilə qarşılaşacaq. Müsiala isə toqquşmadan sonra baldır sümüyünün sınığı diaqnozu ilə əməliyyat olunub. Onun bərpa müddətinin bir neçə ay çəkəcəyi gözlənilir.