- Fransa L.1
- 17:12 13.12.2025
Fransanın PSJ klubu yay transfer pəncərəsində eyni anda üç futbolçusunu sata bilər.
90deqiqe.Az-ın “L'Equipe”yə istinadən yaydığı xəbərə görə, parislilərin “qara siyahısı”nda fransalı müdafiəçi Lukas Hernandes, koreyalı yarımmüdafiəçi Li Kanq İn və portuqaliyalı hücumçu Qonsalo Ramos var.
Qeyd olunur ki, bu yolla klub heyətini gücləndirmək, xüsusən də İngiltərənin “Bornmut”unun ukraynalı mərkəz müdafiəçisi İlya Zabarnıyı transfer etmək üçün pul qazanmaq istəyir.
Daha əvvəl mənbələr Zabarnıyı transfer etmək üçün parislilərin futbolçular arasında siyasi fikir ayrılıqlarının qarşısını almaq üçün rusiyalı qapıçı Matvey Safonovdan qurtula biləcəyi barədə məlumat vermişdilər.