- Fransa L.1
- 22:55 02.12.2025
PSJ-nin cinah müdafiəçisi Əşrəf Hakimi ötən mövsümün ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını qazanmağa layiq olduğunu deyib.
90deqiqe.Az xəbər verir ki, "Canal+" mərakeşli futbolçunun dediklərini belə çatdırıb.
“Çempionlar Liqasının 1/4 finalı, yarımfinalı və finalında müdafiəçi kimi qol vuran oyunçu çox az olub ki, bu da kifayət qədər çətindir. İnsanlar düşünür ki, mən hücumçu və ya yarımmüdafiəçiyəm, amma mən dördlü müdafiə xəttində oynayıram və müdafiəni də düşünməliyəm. Bu isə daha çətindir. Bu mövsüm göstərdiyim statistika adi müdafiəçinin göstəricilərinə uyğun deyil. Fikrimcə, bunları edən müdafiəçi, hücumçudan daha çox dəyər qazanmalıdır. Əgər “Qızıl top”u qazanmaq şansım varsa, mən buna layiq olduğumu düşünürəm”
Ötən mövsüm futbolçu bütün turnirlərdə 55 oyunda iştirak edərək 11 qol vurub və 16 məhsuldar ötürmə edib.