5 dekabr 2025. Cümə

"Donnarumma ilə bağlı qərar çətin oldu"


"Donnarumma ilə bağlı qərar çətin oldu"

PSJ klubunun baş məşqçisi Luis Enrike UEFA Superkubokunda "Tottenhem"ə qarşı keçiriləcək oyunda Canluici Donnarummanın komandanın heyətindən kənarlaşdırılması qərarından sonra onun haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "RFI" onun dediklərini belə çatdırıb.

"Məqsədim komandanı təkmilləşdirməkdir. Qərarlar bəzən çətin olur. Mən Donnarumma haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm: şübhəsiz, o, öz rolunda ən güclülərdən biridir və bir insan kimi hörmətə layiqdir. Bir daha deyirəm - belə qərarlar heç vaxt asan olmur. Bütün tərəflər üçün ən yaxşı həll yolunu tapmaq lazım idi"

Avqustun 9-da PSJ "Lill"dən qapıçı Lük Şevalyeri transfer etdiyini açıqlayıb. Onun ispaniyalı məşqçi tərəfindən komandanın yeni start qapıçısı kimi baxıldığı bildirilirdi. Donnarumma daha sonra Fransa nəhəngindən ayrıldığını açıqladı. İtaliyalı qolkiperin yeni klubunun adı hələ açıqlanmayıb.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər