- Fransa L.1
- 22:55 02.12.2025
PSJ komandasının baş məşqçisi Luis Enrike, fransız hücumçusu Usman Dembeledən yeni mövsümə dair gözləntilərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Məncə, bu mövsüm Usman üçün bir növ sınaq olacaq. Keçən mövsüm çox yaxşı keçdi, amma mən əminəm ki, o, daha da güclənə bilər. Mənim heç bir şübhəm yoxdur. Bunu demək cəsarət tələb edir, amma mən düşünürəm ki, onun bütün bunları bacarmağa potensialı var. Dembelenin komandamız üçün önəmi böyükdür. O, yalnız hücumda deyil, həm də müdafiədə çox təsirlidir. Həmişə gülümsəyən birini görürəm. O, xoşbəxtdir və ümid edirəm ki, bu mövsüm onun və komanda üçün daha da uğurlu olacaq"
26 yaşlı futbolçu keçən mövsüm göstərdiyi möhtəşəm performansla "Qızıl top"a əsas namizədlərdən biri kimi göstərilir.
Qeyd edək ki, PSJ 22 avqust, cümə günü Fransa çempionatının ilk turunda "Anje" komandasını qəbul edəcək.