- Fransa L.1
- 22:55 02.12.2025
PSJ-nin baş məşqçisi Luis Enrike qapıçı Canluici Donnarummanın Lük Şevalyerlə əvəzlənməsi qərarından danışıb.
90deqiqe.Az xəbər verir ki, "RMC Sports" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
"Belə qərarlar vermək həmişə çətindir. Onları verməkdə problemim yoxdur, amma PSJ-yə aid olan futbolçular haqqında heç nə izah etməyəcəyəm. Bu məni maraqlandırmır. Qərarımızın tənqidini və şəxsən mənim özümü başa düşürəm. Amma biz sakit, inamlıyıq. Hara getmək istədiyimizi bilirik və mənim üçün bu, ən vacib şeydir".
Xatırladaq ki, avqustun 12-də Canluici klubdan ayrılacağı ilə bağlı şayiələr fonunda PSJ azarkeşlərinə müraciət etmiş və Paris komandasında qalmayacağını təsdiq etmişdi. Qapıçının parislilərlə müqaviləsi 2026-cı ilə qədər hesablanıb.