- Fransa L.1
- 22:55 02.12.2025
“Marsel”in baş məşqçisi Roberto De Zerbi yarımmüdafiəçi Adrien Rabyonun anası və agenti Veronika Rabyonun klubun futbolçunu transfer siyahısına salmaq qərarını tənqid etməsinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı "X" sosial şəbəkəsində jurnalist Andres Ramosa açıqlamasında deyib:
“Rabyonun ətrafında yanlış məlumat yayılır. Onun anası iki şeyi unutdu: birincisi, mən onu PSJ ilə oyunda kapitan etmişdim. İkincisi, bir il boyunca ona öz övladım qədər diqqət yetirmişəm. Bu ədalətli bir qərardır. Xarakterini göstərmək lazımdır, amma bu komanda yoldaşlarına qarşı olmamalıdır. Heç kim özünü klubdan üstün tutmamalıdır.”
Baş məşqçi vurğulayıb ki, hər bir futbolçu meydanda özünü göstərməli, amma klubun maraqlarını prioritet olaraq qorumağa davam etməlidir.
Hadisə “Marsel”in “Ren”lə 0:1 hesablı matçdan sonra baş vermişdi.