5 dekabr 2025. Cümə

“Monako”da futbolçu sayı çoxdur, amma hər kəs üçün həll yolu tapacağıq”


“Monako”da futbolçu sayı çoxdur, amma hər kəs üçün həll yolu tapacağıq”

Fransa təmsilçisi “Monako”nun baş məşqçisi Adi Hyütter komandanın heyətində hazırda həddindən artıq çox futbolçunun olduğunu açıqlayıb. Bununla belə, alman çalışdırıcı hər bir oyunçunun vəziyyəti ilə bağlı fərdi yanaşma tətbiq edəcəyini vurğulayıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Hazırkı heyət çox böyükdür. “Havr”la oyundan sonra bildirdim ki, heyətə düşməyən futbolçuların peşəkar yanaşması məni çox təsirləndirdi və onları ürəkdən təbrik etmək istəyirəm. Onlar əsl peşəkarlardır. Heç vaxt paltardəyişmə otağında problem yaratmırlar. Üstəlik, transfer pəncərəsi hələ açıqdır. Hər kəs üçün uyğun həll yolu tapmağa çalışacağıq və nə baş verəcəyini görəcəyik”

Təcrübəli mütəxəssis Çempionlar Liqasının başlaması ilə heyətdə rotasiyanın qaçılmaz olduğunu da bildirib:

“Rotasiya mütləq olacaq. Düşünürəm ki, ötən mövsüm bunu uğurla həyata keçirdik. Hər bir futbolçu oyuna hazır olmalıdır, çünki müxtəlif situasiyalarda hər kəsə ehtiyacımız olacaq. Oyunçularıma tam güvənirəm.”

Hyütter həmçinin “Monako”da rəqabətin yüksək olduğunu xatırladaraq, heyətdəki hər bir oyunçunun onun üçün önəmli olduğunu qeyd edib:
“Bu klubla müqavilə imzalayanda başa düşürsən ki, hər mövqedə güclü rəqabət var. Keçən mövsüm sübut etdim ki, hər bir oyunçu mənim üçün önəmlidir.”

Baş məşqçi hazırda komandanın beş kapitanının adını da açıqlayıb. Bunlar Denis Zakariya, Tilo Kerer, Erik Dayer, Pol Poqba və Lukaş Hradeçkidir.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər