7 noyabr 2026. Şənbə

“Marsel” 20 yaşlı futbolçu transfer etdi


“Marsel” 20 yaşlı futbolçu transfer etdi

“Marsel” klubu mərkəz yarımmüdafiəsini gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransız komandası Almaniyanın “Leypsiq” klubuna məxsus müdafiə yönümlü yarımmüdafiəçi Artur Vermireni bir illik icarə əsasında heyətinə qatıb. “Marsel” Vermiren üçün icarə haqqı olaraq 3 milyon avro ödəyib və kluba futbolçunu sonradan satın almaq hüququna sahibdir.

20 yaşlı futbolçu “Melehen” və “Antverpen”in yetirməsidir. 2024-cü ilin qışında futbolçu Madrid “Atletiko”su tərəfindən 20 milyon avro qarşılığında transfer olunub, lakin bir il sonra “Leypsiq” onu eyni məbləğə geri alıb. 

Futbolçunun  “Leypsiq” ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Qeyd edək ki, “Marsel” yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi