7 noyabr 2026. Şənbə

PSJ-də daha bir itki


PSJ-də daha bir itki

PSJ-nin cinah hücumçusu Dizere Due Fransa millisinin düşərgəsində zədələnib.

90deqiqe.Az-ın “RMC Sport”a istinadən yaydığı məlumata görə, futbolçu 3-4 həftə müddətində komandadan uzaq qalacaq.

Zədənin təsiri ilə Due Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunu olan “Atalanta” ilə matçda iştirak etməyə bilər. Qarşılaşma sentyabrın 17-də keçiriləcək. Həmçinin hücumçunun Fransa Liqasının 5-ci turunda “Marsel”lə oyunu da təhlükə altındadır.

Qeyd edək ki, daha əvvəl “PSJ”nin digər hücumçusu Usman Dembelenin də zədələndiyi açıqlanmışdı. O, Ukrayna millisinə qarşı yoxlama oyununda (2:0) aldığı zədə səbəbindən təxminən 6 həftə meydanlardan uzaq qalacaq. Klubun tibbi heyəti məşqçi Didye Deşama futbolçunun yorğunluğu səbəbindən zədələnmə riskinin yüksək olduğunu öncədən xəbərdarlıq etmişdi.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi