- Fransa L.1
- 12:08 27.01.2026
“Marsel”in idman direktoru Mehdi Benatia komandanın soyunma otağında baş verən və fransız yarımmüdafiəçi Adrien Rabyonun klubdan ayrılmasına səbəb olan qalmaqala münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Benatianın sözlərinə görə, əsas problem və ayrılığın tətikləyicisi Rabyonun anası Veronikanın həddindən artıq müdaxiləsi olub.
Veronikanın daha əvvəl də öz aktivliyi ilə klub rəhbərliyini bir qədər narahat etdiyi məlumdur.
“Adrienə yüksək qiymət verirdim. Ancaq ailəsinin müdaxiləsi ilə bağlı baş verənlər bütün sərhədləri aşdı. Kaş ki, bu məsələ başqa cür həll olunaydı. İndi isə ona yalnız ən yaxşısını arzulamaq qalır,” – deyə Benatia bildirib.
Hazırda Adrien Rabyo İtaliyanın “Milan” klubunda çıxış edir.