11 aprel 2026. Şənbə

“Marsel” – PSJ matçı təxirə salındı


“Marsel” – PSJ matçı təxirə salındı

Fransa Liqa 1-in V turu çərçivəsində “Marsel” – “PSJ” oyunu hava şəraiti səbəbindən ertələnib. 

90deqiqe.Az-ın məlumatına görə, matç əvvəlcə 21 sentyabr üçün planlaşdırılsa da, pis hava şəraitinə görə 22 sentyabr, saat 22:00 (BK) tarixində keçiriləcək. Bu barədə məlumatı Peşəkar Futbol Liqasının rəsmi X (Twitter) səhifəsi yayıb.

Qeyd edək ki, həmin gün “Qızıl Top” – 2025 mövsümün ən yaxşı futbolçusunun mükafatlandırılması mərasimi də keçiriləcək. Tədbir saat 22:00 (MSK) başlayacaq. Nominasiyaya “PSJ”dən səkkiz futbolçu daxil edilib, onlardan biri – qapıçı Cianluici Donnarumma artıq “Mançester Siti”yə keçib. Həmçinin, klubun hücumçusu Usman Dembel bu mükafata əsas namizədlərdən biri hesab olunur.







Fransa L.1

"Marsel" 3 xalı 3 qolla qazandı
  • Fransa L.1
  • 01:16 11.04.2026
"Marsel" 3 xalı 3 qolla qazandı
“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:20 05.04.2026
“Lion” səfərdə xal itirdi