- Fransa L.1
- 22:55 02.12.2025
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike komandanın vitse-kapitanı Əşrəf Hakimi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "BFM2" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Mən heç vaxt kapitan təyin etməmişəm. İşlədiyim bütün klublarda kapitanları oyunçular seçib. Qalan məsələlər isə açıqlanmır. Əgər hər hansı əlavə məlumat ortaya çıxarsa, o zaman bunu müzakirə edə bilərik”.
Qeyd edək ki, bu ilin avqust ayında prokurorluq Hakimi üçün 15 ilədək həbs cəzası tələb edib. Marokko millisinin futbolçusu zorakılıq ittihamı ilə mühakimə olunur və iş üzrə araşdırmalar artıq 2 ildir davam edir.