5 dekabr 2025. Cümə

Xviça Kvaratsxeliya “Qızıl top–2025”də 12-ci oldu


Xviça Kvaratsxeliya “Qızıl top–2025”də 12-ci oldu

PSJ-nin hücumçusu, Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya “Qızıl top–2025” mükafatının səsverməsində 12-ci pillədə qərarlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə mükafatın rəsmi sosial şəbəkə səhifəsində məlumat verilib.

11–15-ci yerlər belə bölüşdürülüb:

  • 11. Pedri (“Barselona”, İspaniya millisi)

  • 12. Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan millisi)

  • 13. Harri Keyn (“Bavariya”, İngiltərə millisi)

  • 14. Dezire Due (PSJ, Fransa millisi)

  • 15. Viktor Dyökeres (“Arsenal”, İsveç millisi)

Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən təqdim olunacaq “Qızıl top” mükafatının rəsmi təqdimat mərasimi bu gün – 22 sentyabrda Parisdəki “Şatle” teatrında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, ötən il bu mükafatı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanmışdı.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər