5 dekabr 2025. Cümə

“Marsel” PSJ-ni məğlub etdi


 “Marsel” PSJ-ni məğlub etdi

2025/2026 mövsümünün Fransanın Liqa 1-inin 5-ci tur matçı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Marsel” evdə PSJ-ni qəbul edib və “Oranj Velodrom” stadionunda keçirilən qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib. 

Matçın yeganə qolunu ev sahibi komandanın müdafiəçisi Nayef Ager vurub. O, görüşün 5-ci dəqiqəsində fərqlənib. 90+1-ci dəqiqədə isə “Marsel”in baş məşqçisi Roberto De Zerbi qırmızı vərəqə alıb.

Beş turdan sonra turnir cədvəlində PSJ 12 xalla ikinci pillədə qərarlaşıb, “Marsel” isə 9 xalla altıncı yerdədir.

Növbəti turda provanslılar 26 sentyabrda səfərdə “Strasburq”la qarşılaşacaq, PSJ isə bir gün sonra, 27 sentyabrda evdə “Oser”lə üz-üzə gələcək.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər