7 noyabr 2026. Şənbə

PSJ qapıçısı məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib


PSJ qapıçısı məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib

PSJ-nin qapıçısı Lyuka Şevalye Fransa çempionatının 5-ci turunda “Marsel”ə uduzduqları matçdan sonra azarkeşlərə müraciət edib.

90deqiqe.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında komandanın məğlubiyyətinə səbəb olan səhvinə görə üzr istəyib.

“Çox məyusam. İlk növbədə sizə bu qələbəni gətirə bilmədiyimiz üçün üzr istəyirəm. Hazırlaşacağıq. İndi Parisə qayıdırıq”, – deyə Şevalye yazıb.

Qeyd edək ki, Marseldə keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Lyuka Şevalyenin səhvindən sonra Nayef Ager vurub.

Hazırda “PSJ” 12 xalla Fransa Liqa 1-inin turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. 12 xalı olan “Monako” birinci pillədədir. “Marsel” isə 9 xalla 6-cı sıradadır. Paris təmsilçisi növbəti turda, sentyabrın 27-də “Oser”lə qarşılaşacaq.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi