5 dekabr 2025. Cümə

“Dembelenin ‘Qızıl Top’ qazanması komandadakı uğurlardan asılıdır”


“Dembelenin ‘Qızıl Top’ qazanması komandadakı uğurlardan asılıdır”

PSJ və Fransa millisinin hücumçusu Usman Dembele bazar ertəsi günü “Qızıl Top” mükafatına layiq görülüb.

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən məlumatına görə, bu barədə şərh verən sabiq fransız forvardı Olivye Jiru bildirib ki, fərdi mükafatın qazanılması həm istedad, həm də kollektiv uğurlardan asılıdır.

“Dembele’nin ‘Qızıl Top’ potensialını görürdüm? Çətin sualdır. Amma onu Fransa millisində hər gün izləyərkən bunu mümkün hesab etmirdim. ‘Qızıl Top’ qazanmaq üçün həm böyük istedad, həm də uğurlu mövsüm lazımdır. Dembele istedada malikdir, lakin doğru klubda mövsümü uğurla başa vurmalı və bütün titulları qazanmalıdır. Fərdi mükafat həmişə komanda uğurlarından asılıdır”

Qeyd edək ki, Olivye Jiru hələ də Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur, amma Kilian Mbappe ona yaxınlaşır – yalnız 5 qol fərqi var (57-52).







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər