- Fransa L.1
- 22:55 02.12.2025
Mərakeş millisinin sabiq futbolçusu Mehdi Benatia hazırda “Marsel”i çalışdıran Roberto De Zerbi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Corriere dello Sport" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“De Dzerbi inanılmaz dərəcədə işinə bağlıdır. Onun oyunlara necə hazırlaşdığını görsəydiniz. Onda Pep Qvardiolanı xatırladan cəhətlər var. Amma mənə inanın, o, unikaldır. De Dzerbi futbolla nəfəs alır və futbolla yaşayır. Məhz bu ardıcıllıqla”
Qeyd edək ki, italiyalı mütəxəssis 2024-cü ildən “Marsel”in baş məşqçisidir. Fransa çempionatında altı turun nəticəsinə görə, “Marsel” turnir cədvəlinin lideridir. Bununla belə, bir çox rəqib komandanın ehtiyat oyunu var. Ötən mövsüm isə klub ikinci yeri tutaraq, çempion “PSJ”dən 19 xal geri qalmışdı.