5 dekabr 2025. Cümə

Enrike Zabarniyin debüt qolunu şərh etdi


Enrike Zabarniyin debüt qolunu şərh etdi

PSJ-in baş məşqçisi Luis Enrike Fransiya çempionatının 6-cı turunda “Oser”lə oyunda debüt qolunu vuran müdafiəçi İlya Zabarni barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Le Parisien" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Qol yalnız bir detal idi. Lakin Zabarniyin bu beş oyunda göstərdiyi performans məni tam məmnun edir. O, xarakteri olan çox gənc oyunçudur. Biz şadıq ki, o komandamızdadır və yüksək səviyyədə oyun nümayiş etdirir”.

Xatırladaq ki, Zabarni yay transfer pəncərəsində PSJ-yə keçib. O, Fransiya çempionatında beş oyunda iştirak edib və bir qol vurub. Növbəti turda PSJ “Lill” komandası ilə qarşılaşacaq.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər