7 noyabr 2026. Şənbə

Mbappe PSJ-ni son dəqiqələrdə cəzalandırdı


Mbappe PSJ-ni son dəqiqələrdə cəzalandırdı

Fransa Liqa 1-in VII turu çərçivəsində “Lill” və  PSJ komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Dekatlon Arena – Pyer-Morua” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

Matçda hesabı 66-cı dəqiqədə parislilərin müdafiəçisi Nunu Mendeş açıb. Ev sahibləri adından 85-ci dəqiqədə Ethan Mbappe bərabərlik qolunu vurub və komandasına vacib xal qazandırıb.

Bu nəticədən sonra “Lill” 11 xalla Liqa 1 cədvəlində 7-ci yeri, PSJ isə 16 xalla liderliyi qoruyur.

Növbəti turda “Lill” 19 oktyabrda səfərdə “Nant”la, PSJ isə 17 oktyabrda evdə “Strasburq”la qarşılaşacaq.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi