5 may 2026. Çərşənbə axşamı

“Barselona"nın UEFA ailəsinə qayıtması bizim üçün böyük sevincdir”


“Barselona"nın UEFA ailəsinə qayıtması bizim üçün böyük sevincdir”

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi “Barselona” prezidenti Joan Laportanın UEFA-ya sadiqlik və Superliqadan çıxış çağırışına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, “Cadena Ser” funksionerin dediklərini belə çatdırıb. 

“Çox xoşdur ki, onlar [“Barselona”] geri qayıtdılar. Hamı geri döndü, yalnız “Real” istisnadır. Bizə əlavə bir yarışa ehtiyac yoxdur, çünki Çempionlar Liqası bütün turnirlərdən ən yaxşısıdır. Bu turnir yeni formatda təqdim olunub və bu, həm bizim, həm də “Barselona”nın istədiyi idi.

“Bu, “Barselona”nın UEFA ailəsinə qayıdışıdır. Bizim üçün bu həm şərəf, həm də xoşbəxtlikdir. Bütün klublar “Barselona”nın geri dönməsinə çox sevinir.”

Qeyd edək ki, 2021-ci ilin aprel ayında bir neçə klub rəhbəri Superliqa ideyasına rəsmi dəstək vermişdi. Planlaşdırılan turnirin ilk prezidenti Florentino Peres olmuşdu.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu