5 may 2026. Çərşənbə axşamı

“Monako” baş məşqçisi ilə yollarını ayırdı


“Monako” baş məşqçisi ilə yollarını ayırdı

“Monako” klubu baş məşqçisi Adi Hyuterlə əməkdaşlığa son qoyub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun bəyanatında deyilir:

“Klub Adi Hyuterə və onun məşqçi heyətinə gördükləri iş, komandaya göstərdikləri sədaqət və fədakarlığa görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayır.”

Avstriyalı mütəxəssis 2023-cü ilin yayından “Monako”ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda bütün turnirlərdə 93 oyun keçirib, bunların 49-da qələbə qazanıb, 18-də heç-heçə edib, 26-da isə məğlub olub.

Fransa çempionatının yeddi turundan sonra “Monako” 13 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu