- Fransa L.1
- 17:38 10.11.2025
PSJ-nin və Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Nasser Əl-Xəlaf “Real”ı Superliqa layihəsindən çıxmağa dəvət edib.
90deqiqe.Az xəbər verir ki, “Goal” nəşri funksionerin dediklərini belə çatdırıb.
“Biz bir ailəyik və bütün klubların geri dönməsini istəyirik, bu, doğrudur. İstəyirik ki, “Real” da qayıtsın. Onların evi buradır. Başqa turnirlərə ehtiyac yoxdur. Hazırda bizdə ən yaxşı formatlara malik klub turnirləri mövcuddur. Bu, bizim istədiyimiz şeydir və “Barselona” da indiyədək eyni mövqedə olub. Görək, bundan sonra nə baş verəcək”
Xatırladaq ki, 2021-ci ilin aprelində bir neçə klubun rəhbəri Avropa Superliqasının yaradılması ideyasına rəsmən dəstək vermişdi. “Real Madrid”in prezidenti Florentino Peres layihənin ilk rəhbəri olmuşdu.
2025-ci ilin oktyabrında “Barselona” prezidenti Joan Laporta, əvvəllər Superliqanı dəstəkləməsinə baxmayaraq, layihədən çıxmaq və UEFA ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu açıqlamışdı.