- Fransa L.1
- 22:55 02.12.2025
Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasında həlledici məqamı açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “Movistar” 26 yaşlı futbolçunun fikirlərini belə çatdırıb:
“Bu, “Monako”ya transferim idi. Mən 14-15 yaşımda onların akademiyasında idim, hamı yalnız məndən danışırdı. Bu, xüsusi bir hiss idi. Fərqli olduğumu anlayırdım, amma bunun yaxşı, yoxsa pis mənada olduğunu demək çətin idi. Axı o yaşda sən hələ uşaq olursan.
“Monako”da peşəkar futbolçu kimi özümü sübut edə biləcəyimi dərk etdim. Orada olmaq mənim üçün ən doğru seçim idi. Henri kimi oyunçularla müqayisə olunmaq mənə əlavə motivasiya verirdi, amma mən çox çalışırdım. Öz potensialımı açmalı olduğumu bilirdim”