- Fransa L.1
- 22:55 02.12.2025
Madrid “Real”ının və Fransa milli komandasının ulduz hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-nin baş məşqçisi Luis Enrike haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az “Movistar”a istinadən xəbər verir ki, 26 yaşlı forvard bu yaxınlarda Liqa 1-də PSJ ilə “Lill” arasında keçirilən matçdan sonra Enrike ilə görüşdüklərini bildirib.
“Luis Enrike ilə yaxşı münasibətlərimiz var. O, həm əla insan, həm də mükəmməl futbol məşqçisidir. Ona ən yaxşı arzularımı çatdırmaq istəyirəm. Onunla işləmək mənə xoş idi”
Xatırladaq ki, fransalı hücumçu ötən ilin yayında “PSJ”dən “Real Madrid”ə keçib. Mbappe “kral klubu” ilə beşillik müqavilə imzalayıb.