15 dekabr 2025. Bazar ertəsi

Fanatlardan Neymar'a ağır sözlərlə dolu təhqirlər


Fanatlardan Neymar'a ağır sözlərlə dolu təhqirlər

PSJ-nin hücumçusu Neymar dünən komandası ilə yeni mövsümdə ilk matçına çıxıb.l

Corner.az xəbər verir ki, braziliyalı futbolçu “Strasburq”la 5-ci turun matçında (1:0) komandasının yeganə qolunun sahibi olub.

Qeyd edək ki, bütün matç boyu PSJ fanatları Neymara psixoloji təzyiq ediblər, onunla bağlı təhqirlər səsləndiriblər. Buna isə bu yay onun yenidən “Barselona”ya qayıtmaq istəməsi səbəb olub. PSJ – “Strusburq” görüşündə “Messi ilə görüşün qiyməti 20 milyondur? Fahişələrə Parisdə yer yoxdur”, “Ata Neymar oğlunu Villa Mimozada (Rioda fahişələrin toplaşdığı küçə - red) satacaq” kimi təhqiramiz pankartlar açıblar. 

Görüşdən sonra jurnalistlərə açıqlamasında Neymarı fanatların etirazını başa düşdüyünü, təhqiramiz şüarların isə yolverilməz olduğunu söyləyib.

Neymar əleyhinə açılan pankartların şəkilləri











Fransa L.1

 “Nitsa” səfərdə məğlub oldu
  • Fransa L.1
  • 22:37 14.12.2025
“Nitsa” səfərdə məğlub oldu
Poqba “Marsel”lə oyunu buraxacaq
  • Fransa L.1
  • 15:01 14.12.2025
Poqba “Marsel”lə oyunu buraxacaq