7 noyabr 2026. Şənbə

“Zədələr var, amma heyətimiz kifayətdir”


“Zədələr var, amma heyətimiz kifayətdir”

PSJ-nin baş məşqçisi Luis Enrike klubun transfer strategiyası barədə danışıb.  

90deqiqe.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib.

“Biz həmişə müxtəlif variantlara açığıq, amma tələsməyə ehtiyac yoxdur. Transferlərdə həm üstünlükləri, həm də riskləri nəzərə alırıq. Hazırda ciddi problemimiz yoxdur. Zədələr var, amma bununla hər komanda qarşılaşır. Variantları nəzərdən keçiririk, lakin mövcud heyətimizdən razıyıq və sakitik.”

Fransız komandası zədələr səbəbindən kadr problemləri yaşayır və gözlənilir ki, qış transfer pəncərəsində heyətini gücləndirə bilər.

Qeyd edək ki, bu gün keçiriləcək Liqa 1 matçında PSJ “Lion”la qarşılaşacaq. Hal-hazırda Fransa çempionatında üçüncü pillədə olan Paris klubu qələbə qazanarsa, birinci yerə yüksələcək.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi